Rusiyanın İrandakı səfirliyi soydaşlarını təşvişə düşməməyə çağırıb.
Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.
“Ölkədə vəziyyət sakitlik və soyuqqanlılıq tələb edir. İran hava limanlarında fəaliyyətin bərpası ilə bağlı rəsmi qurumlardan rəsmi bildirişlər gözləyirik. Küçələrdə foto və video çəkməkdən çəkinməyinizi və bədxahların sosial şəbəkələrdə yaymağa çalışdıqları çaxnaşmaya düşməməyinizi xahiş edirik”, – diplomatik missiyanın bəyanatında deyilir.
Həmçinin qeyd edilib ki, İrandakı səfirlik və bütün xarici qurumlar adi rejimdə işləyir.
Xatırladaq ki, ötən gün axşam saatlarında İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. İsrail tərəfi isə hücuma sərt cavab veriləcəyini vəd edib.
Gununsesi.info