
“Moskva uzun illərdir ki, Ukraynanın şərqində nizamlanmaya dair Minsk razılaşmalarının yerinə yetirilməsinə çağırır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
“Yeddi ildir ki, Rusiya bütün səviyyələrdə bu razılaşmaların yerinə yetirilməsinə çağırır”, – Zaxarova Qərbin ittihamlarına cavab olaraq bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putinin qondarma qurumların tanınması ilə bağlı qərarından sonra bir çox ölkələr Moskvanı Minsk razılaşmalarını yerinə yetirməməkdə ittiham edib.
Gununsesi.info