Rusiyadan Kiyevə pilotsuz təyyarə hücumu

  • By Admin2
  • 31 İyul 2025 13:21

Rusiya növbəti dəfə dronlarla Ukraynanın paytaxtı Kiyevə zərbə endirib. Hücum nəticəsində azı 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Kiyevə pilotsuz təyyarə ilə hücum edib.

Hücum nəticəsində azı 1 nəfərin öldüyü, 27 nəfərin yaralandığı bildirilir.

Ukrayna mediası yaralılardan 17-nin xəstəxanaya yerləşdirildiyini, bir nəfərin dağıntılar altından xilasetmə işlərinin davam etdiyini bildirib.

Ukrayna ordusu şəhərdə təxminən 10 məntəqənin vurulduğunu açıqlayıb.

Hücumlardan birinin evi, digərinin isə məktəbi hədəf aldığı görünür.

Orxan

Gununsesi.info