Rusiyadan Körfəz ölkələrinə çağırış

  • By admin
  • 24 Avqust 2017 15:18

zaxarova

“Qətər ilə bəzi ərəb ölkələri arasında yaranan böhranın aradan qaldırılması istiqamətində bütün tərəfləri danışıqlar masası arxasına qayıtmağa çağırırıq”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Moskvada təşkil edilən mətbuat konfransında deyib.

Belə ki, konfransda M.Zaxarova bildirib ki, Qətər böhranının müzakirəsi məqsədilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 27-dən 30-dək Körfəz ölkələrinə – Birləşmiş Ərəb Əmirliklərin, Küveyt və Qətərə səfər edəcək.

Eyni zamanda M.Zaxarova bütün tərəfləri bir-birlərinə qarşı sərt ifadələr işlətməkdən çəkinməyi məsləhət görür.

Bundan başqa, M.Zaxarova Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Əfqanıstanla bağlı yeni hərbi strategiyası ilə bağlı bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamasına da aydınlıq gətirib: “ABŞ-ın Əfqanıstandakı vəziyyətin silah gücü ilə həllini üstünlük verməsindən məmnun deyilik. ABŞ-ın Əfqanıstanla bağlı yeni hərbi strategiyasına nəzər yetirsək görərik ki, hazırda ABŞ-ı İŞİD-in Əfqanıstandakı varlığın narahat etmir. Biz ümid edirik ki, ABŞ-ın bu strategiyası Əfqanıstanın torpaq bütünlüyünə və bölgədəki ölkələrin milli maraqlarına zərər vurmayacaq”.

Anar

Gununsesi.info