Rusiyadan misli görülməmiş hədə..

  • By admin
  • 14 Dekabr 2021 12:17

Rusiya NATO-nun da eyni plana malik olduğunu iddia edərək, orta mənzilli nüvə raketlərini Avropada yerləşdirməyə məcbur ola biləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

HTML tutorial

Diplomat qeyd edib ki, əgər NATO hazırkı gərginlikdə eskalasiyanın qarşısını almaq üçün onlarla əlaqə saxlamasa, Moskva yuxarıda qeyd olunan addımı atmalı olacaq. Rusiya rəsmisi bununla belə, Moskvanın Ukrayna ilə sərhədlərdə qoşun yerləşdirməsi ilə bağlı niyyətinin nə olduğuna aydınlıq gətirməyib.

Ryabkov deyib ki, NATO-nun Orta Mənzilli Nüvə Raketləri Müqaviləsini (INF) canlandırmağa yaxın olduğuna dair əlamətlər var. O qeyd edib ki, Soyuq Müharibə dövründə nüvə gücünə malik “Perşinq” raketlərindən istifadə edən ABŞ 56-cı Artilleriya Komandanlığını ötən ay bərpa edib.

“Problemə siyasi və diplomatik həll tapılmasa, buna cavabımız hərbi-texniki səviyyədə olacaq. Yəni cəbhələşmə baş verəcək. Bu da bizə bu silahlardan əldə etməyə imkan yaradacaq. Hazırda bu silahlardan bizdə yoxdur. Təktərəfli moritorium var. NATO və ABŞ-ı bu moritoriuma qoşulmağa çağırırıq”, – Ryabkov bildirib.

Rusiyada NATO-ya tam etimadsızlığın olduğunu qeyd edən Ryabkov söyləyib: “Onlar bizim təhlükəsizliyimizi artıracaq heç bir iş görmürlər. Öz maraqları və ehtiyacları istiqamətində hərəkət edə biləcəklərinə inanırlar. Biz buna dözməliyikmi? Xeyr, bu belə davam etməyəcək”.

Onun sözlərinə görə, Moskva uzun müddətdir ki, Qərbdən təhlükəsizlik zəmanəti tələb edir. Sergey Ryabkov iki həftə ərzində bu tələblərin nədən ibarət olduğu barədə sorğularını ABŞ və NATO üzvlərinə çatdıracaqlarını bildirib.

Gununsesi.info