Rusiyadan Muqabe ilə bağlı açıqlama

  • By admin
  • 23 Noyabr 2017 19:49


Zimbabve sabiq prezidenti Robert Muqabenin istefasından sonra yeni idarəçilik dönəmində də Rusiya bu ölkə ilə həm ikitərəfli formatda, həm də beynəlxalq arenada konstruktiv əməkdaşlıq etməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyini sözçüsü Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.

Qeyd edək ki, Muqabe noyabrın 20-də generallarla görüşdən sonra xalqa istefa xəbərini çatdırıb.

Gununsesi.info