Rusiyadan Paşinyana MESAJ: Putin demək istəyib ki…

  • By admin
  • 01 Yanvar 2024 11:34

Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Avropa liderlərindən yalnız Serbiya prezidenti Aleksandr Vuçiçi və Macarıstanın baş naziri Viktor Orbanı təbrik edib. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə və üzləşdiyi sanksiyalar fonunda bu təbiidir.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Kreml sahibinin Yeni il münasibətilə Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sərkisyanı təbrik etməsi də təbiidir.

“Putin bununla demək istəyib ki, Rusiya öz adamlarını unutmur. Putinin imkanı olsaydı, baş nazir Nikol Paşinyanı devirib, yaxın dostu Köçəryanı Ermənistanda hakimiyyətdə otuzdurardı. Ancaq Köçəryanın və Sərkisyanın erməni cəmiyyətində heç bir nüfuzu qalmayıb. Buna baxmayaraq, Putin Köçəryanı hələ dəftərindən silməyib. Bu, Paşinyana mesajdır”, – deyə o əlavə edib.

Gununsesi.info