Rusiyadan Qarabağla bağlı SON AÇIQLAMA

  • By admin
  • 19 Fevral 2021 12:42

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti ilə pozuntuların və müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq üçün dərslər və təlimlər planlı şəkildə aparılır.
Bütün müşahidə məntəqələri şəxsi heyətini atıcı silahlardan və qəlpələrdən qorumaq üçün hazırlanmış istehkamlarla təchiz olunub.

Gununsesi.info