Rusiyadan rəsmi açıqlama - ABŞ-ın raketlərini vuracağıq

  • By admin
  • 06 Oktyabr 2016 23:11

Ballistik Raketi sinasgii

 

Suriyada Əsəd rejiminin ordusuna qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyadan endirilcək istənilən zərbənin qarşısını alacağıq.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Nazirliyin nümayəndəsi bildirir ki, ABŞ raketlərinin istənilən zərbəsi üçün Rusiyanın raketdən müdafiə qurğuları sürpriz ola bilər. Xmeymim və Tartusda yerləşən Rusiya hərbi bazalarında S-300 və S-400 raketdən müdafiə qurğuları var. Raket və havadan endiriləcək zərbələr Suriya hökumətinin nəzarət etdiyi ərazidə Rusiya hərbçiləri üçün aşkar təhlükə yaradacaq.
Qeyd edək ki, Rusiyanın raketdən müdafiə sistemləri Suriyada aktiv vəziyyətə gətirilib.

 

Gununsesi.info