Rusiya İranla böyük dövlətlərarası saziş üçün səylərin davam etdiyini açıqlayıb.
Gununsesi.info-nun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi elan edib ki, Rusiya və İran “yeni və mühüm dövlətlərarası saziş üzərində işi sürətləndirəcək”.
Məlumatda müqavilənin əhatə dairəsi ilə bağlı təfərrüatlar verilməyib.
Bəyanatda bildirilib ki, iki ölkənin xarici işlər nazirləri bazar ertəsi telefon danışığında “müqavilə üzərində işi sürətləndirmək barədə razılığa gəliblər”.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin Kremldə İran prezidenti İbrahim Rəisi ilə 5 saatlıq görüş keçirib.
ABŞ Rusiyanın İrana ballistik raketlər verməyə hazırlaşdığını iddia edib.
Gununsesi.info