
Rusiya Federasiyasının Müdafiə Nazirliyi ABŞ-da 80% ölüm riski olan yeni koronavirus ştammının yaradıldığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib.
“Oktyabr ayında Boston Universitetində “Omicron” ştammı və orijinal “Wuhan variantı” əsasında koronavirus infeksiyasının süni patogeni yaradıldı. Nəticədə dəyişdirilmiş virus xəstə heyvanların 80%-nin ölümünə səbəb oldu”, – Kirillov brifinq zamanı bildirib.
Gununsesi.info