
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya 2 milyondan çox rus turistin gəldiyi Antalya haqqında şok iddia səsləndirib.
Antalya otellərində keçici xəstəliklərin olması barədə məlumat turistləri qorxuya salıb.
Rusiyanın iddiasına görə, xəstəlik səbəbindən turistlər tətili yarıda qoyaraq öz ölkələrinə qayıdır.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Antalya Bölgə müdiri İbrahim Acar isə bu fikirləri cavabsız qoymayıb. O, Rusiyanın səsləndirdiyi iddiaların əsassız olduğunu bildirib.
Gununsesi.info