Rusiya Xarici İşlər Nazirliyi hərbi rəsmilər də daxil olmaqla 18 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, nazirlik İngiltərənin Rusiyaya qarşı siyasət yürütdüyünü və Ukraynaya silah göndərdiyini açıqlayıb.
Bu səbəbdən açıqlamada 18 Britaniya vətəndaşının Rusiyaya girişinə qadağa qoyulduğu və sözügedən adların yer aldığı siyahının dərc edildiyi bildirilib.
Siyahıya Britaniyanın hərbi və siyasi rəsmiləri, universitet və tədqiqat institutunun üzvləri daxil edilib.
Rusiya və Böyük Britaniya vaxtaşırı bir-birinin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir.
Gununsesi.info