
Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketinin Kaluqa bölgəsindəki atış anbarına yerləşdirildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, nazirliyin yaydığı açıqlamada ölkənin qərbindəki Kaluqa bölgəsində yerləşən Rusiya Strateji Raket Qüvvələrinin Kozelskiy bölməsinin silahlanmaya davam etdiyi bildirilib.
Bu çərçivədə nüvə hücum qabiliyyətinə malik qitələrarası ballistik “Yars “raketinin Kaluqa bölgəsindəki atış anbarına yerləşdirildiyi və əsgərlər üçün lazımi infrastrukturun yaradıldığı bildirilib.
Bildirilir ki, ballistik “Yars” raketi müdafiə sistemləri tərəfindən aşkar edilmir və eyni anda 3-6 hədəfi vura bilir.
Rusiya Müdafiə Nazirliyi noyabr ayında “Yars” raketini eyni anbarda yerləşdirdiyini, nüvə hücumu qabiliyyətinə malik qitələrarası hipersəs “Avanqard” raketinin isə Orenburq vilayətindəki buraxılış anbarına yerləşdirildiyini bildirib.
Gununsesi.info