Rusiyadan son Qarabağ AÇIQLAMASI: 155 hektardan çox ərazi və 50 bina...

  • By admin
  • 14 Dekabr 2020 10:11

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti növbəti məlumat yayıb.

Bildirilib ki, hərbçilər tərəfindən bu günədək 4 min 800-dən çox partlayıcı maddə zərərsizləşdirilib.

Sülhməramlılar Xankəndidəki hava limanı ərazisində mühəndis kəşfiyyatı və ərazinin minalardan təmizlənməsi işlərini həyata keçirib. Partlayıcı maddələrin axtarışı evlərdə, yol hissələrində və hava limanına bitişik ərazilərdə aparılıb.

ƏTRAFLI

BOSCH Azerbaijan

Ötən gün ərzində 8 hektara yaxın ərazi, 7 km yol örtüyü təmizlənib, 50 bina araşdırılıb, 51 partlayıcı maddə aşkar olunaraq məhv edilmək üçün çıxarılıb.

Ümumilikdə, mühəndis bölmələri Qarabağda 155 hektardan çox ərazini, 38 km-dən çox yolu, 375 yaşayış binasını təmizləyib, 4 min 811 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

“Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş bir zibilxanada məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları bütün lazımi təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir”, – açıqlamada deyilir.