Rusiyadan sülhməramlılarla bağlı AÇIQLAMA: bu bölgəyə DAXİL OLDULAR və…

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən verilən humanitar yardımların Dağlıq Qarabağın Əsgəran bölgəsinin Təzəbinə (Noraqyux) qəsəbəsinə çatdırılmasını təmin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib.

HTML tutorial

Bildirilib ki, sülhməramlı kontingentin komandanlığı Noraqyux qəsəbəsi rəhbərliyi ilə birlikdə yanvar ayında humanitar aksiyanın keçirilməsi məsələsini hazırlayıb. Bu siyahıya uyğun olaraq, ən çox ehtiyacı olan insanlara humanitar yardım verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xankəndidə keçirilən humanitar aksiyalar zamanı Rusiya sülhməramlı kontingenti şəhər tibb mərkəzini 50-dən çox adda tibbi cihaz verib.

Gununsesi.info