
“Suriyanın ərazi bütövlüyünün tərəfdarıyıq və federasiya sisteminə qarşıyıq”.
Gununsesi.info “Bir Gün” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskovada təşkil etdiyi həftəlik mətbuat konfransında jurnalistlərin diqqətinə çatdırıb:
“Rusiya Suriya torpaqlarında istənilən müstəqil ərazi quruluşuna qarşıdır. Rusiya Suriyanı suveren, müstəqil, ərazi bütövlüyü qorunan və müxtəlif xalqların sülh şəraitində yaşadığı demokratik bir ölkə olaraq görmək istəyir” – deyə, Mariya Zaxarova sözlərinə əlavə edib.
Anar
Gununsesi.info