Türkiyə, Rusiya və İran rəsmiləri 2017-ci ilin yanvar ayında Astanada bir araya gələcəklər.
Gununsesi.info Türkiyənin “Akşam”qəzetinə istinadən verdiyi xəbərə görə, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev təklifi ilə Suriyaya dair sülh danışıqları məhz Qazaxıstanda keçiriləcək.
Suriya münaqişəsinin həlli yollarının müzakirəsinə həsr olunacaq üçtərəfli görüşdə Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək.
Anar
Gununsesi.info