Rusiyadan Türkiyəyə: Hazırıq!

Rusiyadan Türkiyəyə:


Rusiyanın Kənd Təsərrüfatı Məhsullarına Təftiş Bürosu (Rosselxoznadzor) pomidor idxalı üçün Türkiyənin daha bir neçə şirkətinə icazə verməyə hazır olduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, büro bununla bağlı Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinə məktub ünvanlayıb.

Məktubda Rusiya tərəfinin sözügedən şirkətlərə baxış keçirməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, 29 martda Rusiya Türkiyənin 14 şirkətindən pomidor idxalına icazə vermişdi.

Gununsesi.info

COMMENTS