Rusiyadan Türkiyə portağalına qadağa

  • By admin
  • 12 Yanvar 2022 16:51

Rusiya Federasiyası Türkiyədə yetişən portağalların idxalına qadağa qoyduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, yeni qərara əsasən 13 yanvar 2022-ci il tarixindən etibarən Türkiyədən portağal idxalına son qoyulur.

Buna səbəb isə portağalların Rusiya Federasiyasının müəyyən etdiyi tələblərə uyğun olmaması, həmçinin həmin portağallardan götürülən analizlərin nəticəsi olub.

Belə ki, Türkiyədən idxal olunan portağalların tərkibində kimyəvi maddələr normadan artıq olub. Həmin kimyəvi maddələrin insan sağlamlığı üçün təhlükəli olduğu bildirilib.

 

Nəcəf

Gununsesi.info