Rusiyadan Ukraynanın cənubundakı humanitar mərkəzə RAKET ZƏRBƏSİ

  • By admin
  • 19 Noyabr 2022 21:48

Rusiya Ukraynanın cənubundakı humanitar mərkəzə raket zərbələri endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

Aviazərbə nəticəsində beş nəfər yaralanıb. O bildirib ki, hücum Ukrayna əsgərlərinin keçən həftə Rusiya qoşunlarından geri aldıqları Xerson şəhərinin qərbində yerləşən Bilozerka qəsəbəsində baş verib. Raket zərbəsinin dəydiyi yer çörək paylama mərkəzidir.

Birləşmiş Millətlər Təşkilatı ümumilikdə Rusiyanın hücumu nəticəsində 16 mindən çox dinc sakinin öldüyünü bildirib.

Gununsesi.info