Rusiyadan Ukraynaya yeni kütləvi raket hücumu

  • By admin
  • 02 Yanvar 2024 11:56

ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink yanvarın 2-də səhər Rusiyanın yeni kütləvi raket hücumunu şərh edib. 

Gununsesi.info xəbər verir ki, o bu barədə X sosial media platformasında yazıb.

O əlavə edib ki, səhər saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.

“Putini dayandırmaq üçün indi Ukraynaya dəstək vermək son dərəcə vacibdir”, – ABŞ səfiri vurğulayıb.

Yanvarın 2-də səhər saatlarında Rusiya Ukraynaya böyük raket zərbəsi endirib. Kiyevdə raket qalıqlarının Peçerski, Obolonski, Qoloseyevski və Svyatoşinski rayonlarına düşməsi qeydə alınıb. İlkin məlumatlara görə, Podolsk vilayətində mülki infrastruktur obyektinin ərazisinə zərbə endirilib.

Paytaxtda bəzi yerlərdə işıq və suyun verilişində fasilələr yaranıb.

Gununsesi.info