Rusiyadan Ukraynaya: BUNUNLA AXMAQLIQ EDİRSİNİZ

  • By admin
  • 10 Noyabr 2021 22:24

Donbas üzrə təmas qrupunun danışıqlarında Kiyev münaqişənin həllini müzakirə etməkdən imtina etməklə axmaqlıq edir.

 Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiyanın Donbasla bağlı üçtərəfli təmas qrupundakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov deyib.

“Ukrayna nümayəndələri qeyd olunan və razılaşdırılmış gündəliyin heç bir məsələsini müzakirə etməyə hazır olduqlarını nümayiş etdirməyiblər. Minsk razılaşmalarına tam sadiq olduqlarını bəyan edən Ukrayna nümayəndələri yalnız danışıqları davam etdirməkdə maraqlı olduqlarını təqlid edirlər. Bu cür davranışın məntiqini sağlam düşüncə baxımından anlamaq mümkün deyil”, – Qrızlov bildirib.

 Gununsesi.info