Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Rusiyanın Xarkov vilayətinə hava zərbəsi endirilib.
Gununsesi.info-nun xəbərinə görə, Xarkov Vilayəti Hərbi Administrasiyasının başçısı Oleq Sinegubov sosial media hesabında yazıb ki, Rusiya ordusu gecə saatlarında “Şahed” tipli PUA-lardan istifadə edərək Xarkov vilayətində hücum həyata keçirib.
Sinequbov hücumda 3-ü uşaq olmaqla 7 nəfərin həyatını itirdiyini bildirib.
Xarkov Rayon Prokurorluğundan verilən açıqlamada Rusiyanın PUA ilə evləri vurduğu və 15-dən çox evə ziyan dəydiyi qeyd edilib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiyanın 26 “Şahed” tipli PUA-dan istifadə edərək Ukrayna ərazisinə hücum etdiyi paylaşılıb.
Açıqlamada 18 PUA-nın Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.
Gununsesi.info