
Türkiyənin cənubundakı Adana əyalətindəki İncirlik bazasından ABŞ-a aid təyyarəni dron (pilotsuz təyyarə) ilə vurmağı planlaşdıran İŞİD Terror Təşkilatının üzvü, əslən Rusiya vətəndaşı Renad Bakıyev tutulub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-a aid təyyarəni dron ilə vurmağı, eləcə də ələvi (şiə) dərnəklərinə hücum etməyi planlaşdıran R.Bakıyev Türkiyə polisinin həyata keçirdiyi əməliyyat zamanı tutulub.
İddalara görə, R.Bakıyev bir müddət əvvəl Suriya-Türkiyə sərhəddini qanunsuz keçdiyinə görə, Kilis rayonunda saxlanılıb. “Silahlı terror təşkilatına üzv olmaq”da ittiham olunan R.Bakıyev Kilis Prokurorluğunun qərarı ilə Türkiyədən deportasiya edilib.
Qeyd edək ki, Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları tərəfindən R.Bakıyev təkrarən Suriya-Türkiyə sərhəddini qanunsuz olaraq keçməyə cəhd edərkən tutulub.
Eyni zamanda R.Bakıyevin Təkirdağda işlədiyi cinayətə görə, axtarışda olduğu da məlum olub.
Anar
Gununsesi.info