Rusiyalı aktrisa Ukrayna ordusuna 10 min dollar bağışladı

  • By admin
  • 27 Fevral 2022 11:22

Tanınmış rusiyalı aktrisa Liya Axedjakova Ukrayna ordusuna 10 min dollar bağışlayıb.

Gununsesi.info Unian-a istinadla xəbər verir ki, o, bu barədə İnstaqramda məlumat verib.

“Ukrayna ordusuna 10.000 dollar köçürmə ilə dəstək oldum və sizi də bunu etməyə çağırıram! Və bir daha deyirəm: Bunun baş verdiyinə görə çox təəssüf edirəm. Ürəyim çox pis sıxılır, anlayıram ki, indi ölkənizdə həm sizin, həm bizim oğlanlar ölür.

Bəziləri hətta çox gəncdir. Bu faciənin bitməsini ürəkdən istəyirəm”, – o yazıb.

Axedjakova qeyd edib ki, o, Ukrayna şəhərlərinin dağıdılmasını, insanların əzilərək pərişan olduğunu görmək istəmir.

Gununsesi.info