Rusiyalı aktrisa Kamilla Belinskaya yoqa ilə məşğul olarkən dalğalar arasında itib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada yaşayan model və aktrisa Kamilla Belinskaia tətil üçün getdiyi Taylandın Koh Samui adasının qayalarında səhər saatlarında yoqa ilə məşğul olmağa başlayıb.
Nəhəng dalğanın qəfil zərbəsi nəticəsində Belinskaya dənizə düşüb.
Bildirilib ki, rusiyalı futbolçunun dənizə düşdüyünü görən otel işçisi atılaraq onu xilas etməyə çalışsa da, Kamilla Belinskayanı tapa bilməyib.
Səlahiyyətlilər itkin düşən rusiyalı oyunçunun tapılması üçün bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Qeyd olunub ki, aktrisanın ölümündən əvvəl meditasiya anlarını əks etdirən videosu internetdə yayılıb.
Orxan Saffari