Rusiyalı alimin müdhiş kəşfi - "Artıq xəstələnmirəm"

  • By admin
  • 04 Yanvar 2017 21:25

bakteriya

  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin alimi Anatoli Bruçkov 2009-cu ildə bəri Sibirdə apardığı araşdırmalar zamanı 3,5 milyon illik bir bakteriya tapıb.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yakutiyanın Mamut dağı ətəklərindəki buzlaqların altında tapılan və “Bacillus F” (gənclik dərmanı) adı verilən bakteriya canlıların ömrünü uzadır.

A. Bruçkov sözügedən bakteriyanı 3 il müddətində laboratoriyada incələndikdən sonar siçanlar üzərində təcrübədən keçirib. Sonda alim belə bir nəticəyə gəlib ki, bu bakteriya hüceyrələri cavanlaşdırıcı və immunitet sistemi qüvvətləndirici xüsusiyyətinə malikdir. A. Bruçkovun sözlərinə görə, olduqca yaşlı olan siçanların bədəninə bu bakteriya yeridildikdən sonra onlar daha çox hərəkət etməyə başlayıblar və daha çox yaşayıblar.

2012-ci ildə “Bacillus F” adlı bakteriyanı öz üzərində sınaqdan keçirmək qərarına gəlib. Mütəmadi olaraq bakteriyadan istifadə edən A. Bruçkov həyatının dəyişdiyini, daha çox hərəkət etdiyini və heç vaxt xəstələnmədiyini deyib. “Sibirin donmuş torpağında “Bacillus F” adlı bakteriyanın xaricində neft molekullarını yox edə bilən bakteriya növləri də aşkar edilib. Məhz bu bakteriyanın kəməyi ilə neft və neft məhsulları ilə çirklənmiş torpaqları təmizlənmək olar” – deyə, A. Bruçkov bildirib.

Anar

Gununsesi.info