Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017

18 Oktyabr 2017 - 15:48

Rusiyalı artist Parisdə banka od vurdu- VİDEO

default

Rusiyalı artist, eyni zamanda rəssam Pyotr Pavlenskiy Fransada bank filialına yaxınlaşaraq əlindəki yandırıcı maddəni bankın qapısı və pəncərələrinə tökərək od vurur. Özü də hadisə yerində dayanaraq kiminsə gəlməsini gözləyib.

Gununsesi.info L’Express qəzetinə istinadən xəbər verir ki, yanğını görən polis ilk olaraq yanğınsöndürənləri yanğını söndürməyə çağırır və daha sonra bankı yandıran şəxsi saxlayır.

Bankda yanğın törətdiyinə görə, polis onun həyat yoldaşı Oksana Şalıqinanı da şübhəli şəxs qismində saxlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Yanğınsöndürənlər yanğın bankı öz ağuşuna almadan söndürüblər. Hadisə oktyabrın 16-da axşam saatlarında baş verib.

Hadisə ilə bağlı dindirmə zamanı rusiyalı artist deyib ki, bu hərəkəti dünya inqilabının qızışdırılmasını simvolizə etmək məqsədi ilə həyata keçirib.

Pavlinskiy 2017-ci ilin yanvarında Rusiyadan Fransaya miqrasiya edib və may ayında siyasi sığınacaq alıb.

Onu da qeyd edək ki, Pavlinskiy hələ Rusiyada olduğu zaman aktyor  həmkarını döyməkdə, həmçinin işlədiyi teatrın aktrisası Anastasiya Slonovanı zorlamaqda ittiham olunub.

Pavlinskiy isə bu ittihamları qəbul etməyib.

Gununsesi.info





loading...