Rusiyalı biznesmen oğullarına milyarder statusu verdi

  • By admin
  • 26 Sentyabr 2019 21:25

Rusiyalı biznesmen Aleksey Mordaşov oğulları Kirill və Nikita dollar milyarderləri statusu verib.

Gununsesi.org “Forbes”ə istinadən xəbər verir ki, iş adamı əvvəlcə TUİ turoperatorundakı hər biri 1,14 milyard dollar olan hissələrini övladlarına bağışlayıb. Daha sonra isə “Nordgold” şirkətində onlara pay verib. Mordaşov hələ fevraldan bildirmişdi ki, bu addımla o, oğullarını “məzənnə işi”nə qoşmaq və bu işdə onları özünün varisi etmək istəyir. Hazırda biznesmenin övladlarının hər biri 1,77 milyard dollar sərvətə sahibdir.

 Qeyd edək ki, Aleksey Mordaşov 20,5 milyard dollar sərvətlə ən zəngin rusiyalılar siyahısında dördüncüdür.
Gununsesi.org