Rusiyalı bloger sanksiyalara sevinir

 Məşhur rusiyalı bloqer Artemi Lebedev ABŞ hakimiyyətinin RT telekanalına qarşı tətbiq etdiyi sanksiyalara sevinib.

Gununsesi.info xəbər verir ki, o, bunu VKontakte sosial şəbəkəsində müzakirə edib.

“Çox yaxşı ki, RT nəhayət elə bir statusa çatıb ki, dövlətlər bununla şəxsən mübarizə aparmağa başlayıblar, buna diqqət yetiriblər”, – deyə Lebedev bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bu cür tədbirləri telekanalın peşəkar inkişafın ən yüksək nöqtəsinə çatmasının sübutu kimi qiymətləndirilə bilər.

Lebedev qeyd edib ki, ABŞ telekanalın populyar olduğu Latın Amerikası və Afrikada RT-nin ictimai rəyə təsirini etiraf edib:

“Ürəyi vurdular. Və onların təslim olmamasını arzulayıram”, – deyə bloqer yekunlaşdırıb.

 

 

Gununsesi.info