Rusiyalı boksçu eyvandan düşərək öldü

  • By admin
  • 22 Sentyabr 2019 19:00

Taillandda 35 yaşlı rusiyalı boksçu Aleksey Zabolotski eyvandan yıxılaraq ölüb.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, dostları ilə içki içən idmançı daha sonra oteldəki otağına qalxıb. Bir qədər sonra Alekseyin otağında qışqırıq səsləri eşidən dostları otağa daxil olublar və onun balkondan düşdüyünü görüblər.

HTML tutorial

Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib. Onun ölümünə səbəb ağır kəllə-beyin travması alması olub. Hazırda polis hadisəni araşdırır.

 

 

 

Gununsesi.org