“Rusiyalı çağırışçıların Gürcüstana gəlməsi ciddi təhlükəsizlik problemləri yaradır” -Saakaşvili

“Rusiyalı çağırışçıların kütləvi şəkildə Gürcüstana gəlməsi bu kiçik ölkə üçün böyük demoqrafik təhlükə ilə yanaşı, ciddi təhlükəsizlik problemləri yaradır”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Facebook səhifəsində yazıb.

HTML tutorial

“Mən Gürcüstan hakimiyyətinin onları ölkəyə buraxmaq qərarını qınamayacağam, çünki bu adamlar Gürcüstanda nə qədər çox olsa, bir o qədər az ukraynalı öləcək. Bu isə Gürcüstan üçün vacibdir”, – Mixail Saakaşvili vurğulayıb.

Keçmiş Prezidentin sözlərinə görə, Gürcüstandakı vətəndaş cəmiyyətləri yeni gələnlərə işğalçı olduqlarını xatırlatmalıdırlar:

“Onları ölkənin daxili siyasətinə qarışmaq imkanından məhrum etmək üçün Gürcüstan pasportlarını almamasına ciddi nəzarət edilməlidir. Biz də hər zaman stimul yaratmalıyıq ki, imkan daxilində Türkiyəyə və başqa ölkələrə getsinlər”.

Gununsesi.info