Rusiyalı cüdoçu Azərbaycan millisində

Azərbaycanın kişilərdən ibarət milli yığmasına yeni idmançı cəlb olunub. 

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, +100 kq. çəki dərəcəsində mübarizə aparan, 23 yaşlı idmançı Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının 19 avqust 2022-ci il tarixli qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.

HTML tutorial

O, 10-11 sentyabr 2022-ci ildə İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində ölkəmizi ilk dəfə təmsil edəcək.

Camal Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, idmançı 3 ilə yaxın müddətdir ki, Rusiya milli yığmasının tərkibində beynəlxalq yarışlarda iştirak etmirdi.

Gununsesi.info