Rusiyalı deputat Njdenin Xocavənddəki heykəlini təxribat adlandırıb

  • By admin
  • 16 Fevral 2021 20:08
“Məsələ burasındadır ki, Rusiya sülhməramlıları səlahiyyət çərçivəsindən kənara çıxa bilmirlər. Belə ki, ərazidə hansısa abidələrin ortaya çıxması məsələsi onların səlahiyyətlərinə aid deyil. Ancaq təəssüf ki, bəzi təxribatçılar bu cür abidələr ucaldır, digərləri isə qarşı tərəfin hər hansısa formada əsəbi reaksiya göstərəcəyini gözləyərək təbliğat şousu qururlar”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri “Moscow-Baku” portalına açıqlamasında Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitənin sədri, deputat Leonid Kalaşnikov söyləyib.

“Sözsüz ki, bu cür təxribatçılardan hələ çoxdur. Onlar elə Rusiyada da var. Njdeyə abidənin ucaldılması millətçiliyə, millətçi mübarizəyə eyham vurmaqdır… Xatırladım ki, Krasnodar diyarında Njdenin memorial lövhəsi quraşdırılmışdı. Məlum olub ki, o, yerli hakimiyyətin icazəsi olmadan quraşdırılıb. Mən bu faktı öyrənən kimi bu problemlə şəxsən məşğul oldum, sorğular göndərirdim. Yerli yoldaşlar da qoşulmuşdular. Birlikdə onun demontajına nail olduq”, – deputat vurğulayıb.

Gununsesi.info