“Skripal” işi ilə əlaqədar Britaniyanın cəzalandırdığı rusiyalı diplomatlar ailə üzvləri ilə birgə Londonu tərk edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti”məlumat yayıb.
Onlarla maşın və mikro-avtobusdan ibarət karvanın London aeroportuna yollandığı bildirilir.
Diplomat və onların ailələrini hava limanında səfir Aleksandr Yakovenko şəxsən yola salacaq.
London ümumilikdə 23 rusiyalı diplomatı ölkədən qovub. Bu addımı Britaniya hökuməti Rusiyanın keçmiş kəşfiyyat polkovnik Serqey Skripalın zəhərlənməsində Rusiya izinin olması ilə əlaqələndirib.
Ailə üzvləri də daxil olmaqla, Britaniyanı 80-a yaxın rusiyalının tərk edəcəyi bildirilir.
Qarşılıqlı olaraq Rusiyanın qovulmaları barədə qərar çıxardığı 23 britaniyalı diplomat da yaxın zamanda ailə üzvləri ilə birgə vətənlərinə geri dönəcək.
Gununsesi.info