Rusiyalı general ukraynalıları Kiyevi tərk etməyə ÇAĞIRDI

  • By admin
  • 28 Fevral 2022 13:13

Rusiya ordusu bazar ertəsi Ukrayna vətəndaşlarının paytaxt Kiyevi tərk etməsi üçün “açıq və təhlükəsiz” dəhliz elan edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib:

“Biz Kiyev xalqına müraciət edirik. Şəhərdəki bütün mülki şəxslər Ukraynanın paytaxtını Kiyev-Vasilkov (Vasilkov) magistral yolu ilə sərbəst tərk edə bilərlər. Bu marşrut açıq və təhlükəsizdir.

Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Federasiyasının silahlı qüvvələri yalnız hərbi obyektlərə zərbələr endirir. Mülki əhali üçün təhlükə yoxdur”.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, işğal başlayandan bəri Ukraynada azı 352 mülki şəxs həlak olub, onlardan 14-ü uşaqdır. Ukrayna hakimiyyəti Rusiya qüvvələrini mülki infrastrukturu, o cümlədən yaşayış binaları və məktəbləri hədəfə almaqda ittiham edib.

Konaşenkovun bəyanatında Ukrayna hökumətinin Kiyev sakinlərindən “insan qalxanı” kimi istifadə etdiyinə dair əsassız iddia da yer alıb və ukraynalı “millətçilər”in paytaxtın yaşayış məntəqələrinə artilleriya yerləşdirməsi iddiası təkrarlanıb.

Gununsesi.info