“Rusiyalı hərbçinin ölümündə erməni qoşunları məsuliyyət daşıyır” – “Vestnik Kavkaza”

  • By admin
  • 19 Dekabr 2020 14:34

Azərbaycanın Şuşa şəhəri yaxınlığında ərazinin minalardan təmizlənməsi zamanı rusiyalı əsgər həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Vestnik Kavkaza” bu hadisədə məsuliyyətin Ermənistan Silahlı Qüvvələrinin, xüsusən də Qarabağda minalanma ilə məşğul olanların üzərinə düşdüyünü bildirib.

“Bakı tam xəritəyə sahib ola bilməzdi, çünki Azərbaycan ordusu orada deyildi və erməni qüvvələri heç bir məlumat paylaşmağı düşünməyiblər”, – deyə məqalədə bildirilib.

“Məgər erməni ordusu xaotik şəkildə minanı hara gəldi səpələyib və yerini də qeydə almayıb? Əgər belədirsə, bu, Ermənistan Müdafiə Nazirliyinin səhlənkarlığını təsdiqləyir”, – deyə müəllif əlavə edib.

Vurğulanıb ki, Ermənistan 10 Noyabr müqaviləsini imzalamaqla (bununla da “DQR”i etibarsız hesab etdi) quldur birləşmələrinin etdiyi qanunsuzluğun bütün məsuliyyətini öz üzərinə götürüb.

“Ermənistan tərəfi minalanan sahə barədə mükəmməl biliklərə sahibdir. Lakin Rusiya tərəfinin davamlı istəklərinə baxmayaraq, bu məlumatı bölüşmür, bu səbəbdən də hadisə üçün məsuliyyəti öz üzərinə götürməlidir”, – deyə “Vestnik Kavkaza”da qeyd edilib.

Gununsesi.org