Rusiyalı hakerlər Gürcüstan prezidentinin saytını ələ keçirdilər və bu sözləri yazdılar – FOTO

  • By admin
  • 26 Yanvar 2024 16:36

Hakerlər Gürcüstan prezidenti Salome Zurabişvilinin saytını sındıraraq Rusiyanı tərifləyən yazı yayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Exo Kafkaza” portalı məlumat yayıb.

Hazırda sayt bloklanıb, lakin bundan əvvəl səhifəyə daxil olarkən kəllə şəkli görünürdü. Saytı ələ keçirən hakerlər “Hacked by Cozy Bear Slava Russia” yazısını paylaşıblar.

“Cozy Bear” rus hakerlər qrupudur. Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, bu qrup Rusiya Federal Təhlükəsizlik Xidmətinin himayəsi altında fəaliyyət göstərir.

Müxalif “Formula” televiziya şirkətinin saytı da haker hücumuna məruz qalıb. Sayta bir neçə saat ərzində giriş məhdudlaşdırılıb, sonra giriş bərpa edilib, lakin səhifə hələ də fasilələrlə işləyir.

Yanvarın 26-da müxalif “Mtavari” televiziya şirkətinin saytına haker hücumu olub və bəzi məlumatlar silinib.

Gununsesi.info