Rusiyalı hakerlər Obamanın beynini pozub – Zaxarova

  • By admin
  • 09 Yanvar 2017 21:45

 zaxarova

 

Rusiyalı hakerlər ABŞ-da nələrisə pozubsa, iki şeyi pozub: Obamanın beynini və rus hakerlərlə bağlı hesabatı.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Feysbuk hesabında bildirib.

Qeyd edək ki, ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın bu ölkədə keçirilən prezident seçkilərində kiberhücumları etdiklərini iddia edirlər.

 

Gununsesi.info