
Rusiyalı jurnalist “Vedomosti”nin keçmiş baş redaktoru Andrey Şmarov 69 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Mash, “112” və Shot Telegram kanalları məlumat verib.
Mash-ın məlumatına görə, Şmarov Moskvadakı mənzilində huşsuz vəziyyətdə tapılıb və insult və qabırğalarının sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Shot iddia edir ki, iyulun 1-də jurnalistin özü evdə yıxılaraq təcili yardım çağırıb və son iki həftədir xəstəxanada olub.
Bildirilir ki , jurnalist 1990-cı illərin əvvəllərindən Şmarov “Kommersant” -da tədqiqatçı və baş redaktorun müavini olub.
1995-ci ildə nəşri tərk edən digər jurnalistlərlə birlikdə “Ekspert” jurnalını təsis edib və ona rəhbərlik edib.
Jurnalist “Snob” layihəsinin baş direktoru işləyib, “Dojd” və “Komsomolskaya Pravda” radiolarında aparıcı olub.
2020-ci ilin aprelində “Vedomosti”nin sahibi dəyişdikdən sonra Şmarov baş redaktor vəzifəsini icra edib.
Bir çox əməkdaşlar onun təyinatına qarşı çıxıb və etiraz əlaməti olaraq vəzifələrini tərk ediblər. 2021-ci ilin mayında Şmarov tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, o, Ədliyyə Nazirliyi tərəfindən xarici agent media reyestrinə daxil edilib.
Şəbnəm
Gununsesi.info