Rusiyalı məşhur parodiyaçı koronavirusa yoluxdu

  • By admin
  • 01 İyun 2020 22:10

Rusiyalı məşhur parodiyaçı Yelena Vorobeydə koronavirusa yoluxma müəyyən edilib.

Gununsesi.org-un Lenta.ru-ya istinadən məlumatına görə, bu barədə artist özünün “Instagram” səhifəsində yazıb.

Onun sözlərinə görə, diaqnozu barədə üç gün əvvəl öyrənib, lakin ictimaiyyətə bu barədə xəbərdarlıq etməyə dərhal ürək etməyib.

“Birincisi, atamın bunu necə qarşılayacağını bilmirdim. O, ürək xəstəsidir, çox emosional insandır. İkincisi, bu virusun hamını ürəyi bulandıracaq qədər bezdirdiyini düşünürəm”, – deyə, Y.Vorobey bildirib.

Artistin sözlərinə görə, onun vəziyyəti yoluxmanın ikinci günü ağırlaşıb: kürəyi ağrıyıb, əzələ ağrısından yata bilməyib.

“Bu gün yaxşıyam, ancaq vəziyyətim stabil deyil”, – deyən parodiyaçı insanlara risk etməməyi və ilk simptomda həkimə getməyi, həmçinin çoxlu maye qəbul etməyi məsləhət görüb.

 

 

Gununsesi.org