Rusiyalı oliqarxlar bir günə 12 milyard dollar itirdilər

  • By admin
  • 09 Aprel 2018 19:10

ABŞ-ın ötən həftənin sonunda tətbiq etdiyi sanksiyalar nəticəsində bu gün səhər saatlarından etibarın Rusiya şirkətlərinin fond birjalarındakı səhmləri sürətlə ucuzlaşır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,Moskva valyuta birjasında dolların və avronun rubla nisbətdə məzənnələri son bir neçə ayın ən zirvə nöqtəsinə çatıb. Hazırda 1 dollar 60,5 rubla, 1 avro isə 74,5 rubla satılır.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, yalnız bu gün Rusiyanın ən varlı 50 oliqarxının varidatı 12 milyard dollar azalıb.

Sanksiyalar fonunda səhmlərin və Rusiya rublunun sonrakı günlərdə də ucuzlaşması istisna edilmir.

 

Gununsesi.info