Rusiyalı polislər Azərbaycanda istirahət edəcək

  • By admin
  • 13 Aprel 2018 12:44

Rusiya Daxili İşlər Nazirliyi 2018-ci ildə polis əməkdaşlarının məzuniyyətlərini hansı xarici ölkələrdə keçirə biləcəyi ilə bağlı siyahı açıqlayıb.

Gununsesi.info xəbər verir ki,  artıq bununla bağlı Rusiya daxili işlər naziri Vladimir Kolokolçev 2017-ci ilin  dekabrında  müvafiq sərəncam imzalayıb.

Rusiya DİN rəhbərinin imzaladığı müvafiq  sənədə əsasən rusiyalı polislər 2018-ci ildə dünyanın 30 ölkəsində istirahət edə bilərlər ki, bunun da əksəriyyəti keçmiş SSRİ ölkələridir. Bunların sırasına Azərbaycan, Qazaxstan, Belarus, Qırğızstan, Özbəkistan, Türkmənistan,  Tacikstan və Ermənistan daxildir. Eyni zamanda rusiyalı polsilər Abxaziya və Cənubi Osetiyada da istirahət edə bilərlər. Bu ölkələrin əksəriyyəti ekskursiya üçün yaxşı olsa da,  Azərbaycan və Abxaziya   digər növ istirahətlərlə yanaşı,  həm də dəniz istirahəti üçün məsləhət bilinən ölkələr sırasındadır.

Rus polislərə Çin, Vyetnam və Kubada da bu istirahət emtək üçün icazə verilib.

2018-ci ildə Rus polislərə Türkiyəyə, Misirə, Mərakeş, Tunis və Tailanda səfər etmək yasaq edilib.

Rusiya Turist Operatorları Assosiasiyası  (ATOP) bildirib ki, Orta Asiya  ölkələri ilə turizm sahəsində  əlaqələrə çox zəifdir. Lakin  Azərbaycanda vəziyyət fərqlidir və  Rus polisləri daha çox bu ölkədə istirahə edə bilər.  Çünki Azərbaycanda həm dəniz, həm dağ, həm də digər növ turizm imkanları mövcuddur.

Gununsesi.info