Rusiyalı politoq: ”Putini bu şəxslər əvəzləyə bilər”

  • By admin
  • 25 Sentyabr 2016 23:10

download-16

 

Əgər Rusiya lideri Vladimir Putin seçkilərdə iştirakdan imtina etsə, 6-8 nəfər var ki, onu əvəz edə bilərlər.

Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Valeri Solovey çıxış edib.

“Artıq hazırda Moskvada bu 6-8 nəfərin namizədliyi müzakirə edilir. Bu şəxslərdən biri də Tulanın qubernatoru Aleksey Dümindir. Son dərəcə ağıla batan olmasa da, Putin vaxtından öncə seçkilərdə iştirakdan imtina etsə, sözügedən şəxs də real namizəd ola bilər”, – Solovey qeyd edib.

 

 

Gununsesi.info