Rusiyalı qadın azərbaycanlılara görə qanunu pozdu

  • By admin
  • 02 Mart 2020 11:44

Rusiyanın Pskov vilayətində Rusiya vətəndaşı azərbaycanlıları qanunsuz qeydiyyata salıb.

Gununsesi.org bildirir ki, bu barədə İnformpskov.ru Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinə istinadən xəbər yayıb.

Bildirilir ki, 43 yaşlı yerli sakin üç Azərbaycan vətəndaşını qanunsuz olaraq öz yaşadığı evdə qeydiyyata alıb.

Heç bir yerdə işləməyən həmin qadın əməlini etiraf edib.

Faktla bağlı araşdırma başladılıb.

Gununsesi.org