Rusiyalı qız üç azərbaycanlı kişiyə görə cərimə ödədi

  • By admin
  • 26 Fevral 2020 17:15

Rusiyada azərbaycanlılar saxta sənədlə qeydiyyata alınıb.

Gununsesi.org bildirir ki, Pln-pskov.ru-nun xəbərinə görə, 24 yaşlı Pskov vilayətinin sakini Azərbaycan vətəndaşlarını qanunsuz yolla qeydiyyata alıb.

Məlum olub ki, rus qız Miqrasiya İdarəsinə üç azərbaycanlı kişinin onun evində yaşaması barədə saxta sənəd təqdim edib. Halbuki həmin şəxslər onun evində yaşamayıblar.

Miqrasiya qanunvericiliyini pozan Rusiya vətəndaşı 10000 rubl (260 AZN) məbləğində cərimə edilib.

Gununsesi.org