Rusiyalı sərhədçilər Ordumuzla üzbəüz mövqelərdə yerləşdiriləcək

  • By admin
  • 18 Dekabr 2020 18:01

Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində rusiyalı sərhədçilər yerləşdiriləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bəyan edib.

“Ermənistan müdafiə naziri heç bir gizli sənədə qol çəkməyib. O, Moskvada danışıqlar zamanı Sünik bölgəsinin (Zəngəzur) bəzi hissələrində rusiyalı sərhədçilərin yerləşdirilməsi barədə razılıq əldə edib”- deyə açıqlamada bildirilir.
Nazirlik sərhəd xəttini sülhməramlıların deyil, məhz sərhədçilərin qoruyacağını əlavə edib.

Gununsesi.org