Rusiyalı senator hamamda yıxılaraq ölüb

  • By admin
  • 04 Aprel 2017 21:45

rusiyali senator oldu

Rusiya Federasiya Şurasının üzvü Vadim Tülpanov bu gün 53 yaşında Sankt-Peterburqdakı evində dünyasını dəyişib.

Gununsesi.info-nun məlumatına görə, fontanka.ru saytı və “Sankt-Peterburq” telekanalı xəbər verir.

Verilən informasiyaya görə, senator evinin hamam otağında sürüşərək yıxılıb və başından aldığı zərbə nəticəsində dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının ilkin ehtimallarına görə, Tülpanovun ölümünə kəllə sümüyünün əsasının sınığı səbəb olub.

Qeyd edək ki, mərhum Vadim Tülpanov 2003-cü ildən 2011-ci ilədək Sankt-Peterburqun Qanunverici məclisinə sədrlik edib. 2011-ci ildən Rusiya parlamentinin yuxarı palatası sayılan Federsiya Şurasının üzvüdür.

Senatorun qızı – Milana Tülpanova “Zenit” futbol klunbunun hücumçusu Aleksandr Kerjakovun həyat yoldaşıdır.

Gununsesi.info