
56 yaşlı rusiyalı telejurnalisti Pavel Lobkov ötən gecə Moskvanın mərkəzində vəhşicəsinə döyülüb.
Gununsesi.info “MK”-ya istinadla xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, insident Patrikidəki (Moskvada Patriarx gölməçələri ətrafındakı barların və bahalı butiklərin yerləşdiyi ərazinin qeyri-rəsmi adı) evlərdən birinin həyətində baş verib.
“Və mənim sizin üçün başqa Yeni il hədiyyəm yoxdur” – deyə Lobkov qançır olmuş və göyərmiş üzün fotoşəkilini paylaşıb.
O, hadisənin başqa təfərrüatlarını açıqlamayıb.
Gununsesi.info